Siqareti tərgitmək istəyənlərin NƏZƏRİNƏ - Həll YOLU TAPILDI

siqareti-tergitmek-isteyenlerin-nezerine-hell-yolu-tapildi-1690354280
|
|

Araşdırmalar göstərib ki, siqaret çəkən şəxs çəkməyənlə müqayisədə 13-14 il az yaşayır. 1 siqaret insanın ömrünü 5 dəqiqə 30 saniyə azaldır. Bu gün siqarət xərçəng xəstəliyinin yayılma səbəbinin kökündə durur. Siqaret tüstüsünün verdiyi zərəri atom bombasının ətrafa saçdığı zəhərlə müqayisə edirlər. Siqaretin zərərləri haqda çox danışılıb. Ümumilikdə siqaret bütün orqanizmin fəaliyyətinə çox pis təsir göstərir, həzm sistemini pozur, tənəffüs orqanlarında müxtəlif xəstəliklər yaradır. Ağciyər və qırtlaq xərçənginin yaranma səbəbinin 90%-i siqaretlə bağlıdır. 

Məsələ ilə bağlı Referans.az-a danışan psixiatr Dr. Azər Bağırov bildirib ki, Siqaret asılılığını müalicə etmək o qədər də asan deyil, lakin bəzi yollarla bu mümkündür:

“Siqaret asılılığını müalicə etmək o qədər də asan deyil. Siqaret çəkənlərə soruşulduğunda üçdə ikisi tərgitmək istəyir, üçdə biri tərgitməyə cəhd edir, ancaq 2-3%-i uğurlu olur. Heyvanlar üzərində aparılan tədqiqatlarda ilkin asılılıq əlamətlərinin ilk siqaret istifadəsi ilə başladığını göstərən beyin görüntüləmə tədqiqatları var. İnsanlarda isə asılılıq 1 ay ardıcıl siqaret istifadəsindən sonra başlayır. Asılılıq yarandıqdan sonra molekul yaddaşı dediyimiz mexanizmlə ömür boyu ancaq daha zəif şiddətdə olmaqla davam edir”.

Dr. Azər Bağırovun sözlərinə görə, siqareti tərgitməkdə şəxsin öz motivasiyası vacibdir. Siqaret çəkməkdən yaranan ürək-damar, ağciyər və xərçəng kimi xəstəliklər tərgitmək qərarına təsir edir: “Motivasiyanın nə qədər yüksək olduğunu daha əvvəlki qismən uğurlu tərgitmə cəhdlərindən anlamaq olar. Belə bir söz var ata minməyi öyrənmək, atdan 7 dəfə yıxılmadan mümkün deyil. Asılılıqdan qurtulmaq da ilk cəhddən uğurlu olmaz. Siqaret asılılığının dərmanlarla mualicəsində ilk tətbiq ədilən yöntəm nikotinin özü olmuşdur. Nikotin saqqız şəklində və ya dəriyə yapışdırılan bantlar şəklində istifadə ədildiyində eyforiya yaratmadığı üçün asılılığın artmasına səbəb olmur, həm də siqarət tərgidildiyində kəsilmə simptomlarını aradan qaldırır”.


Son illərdə siqaret asılılığının müalicəsi üçün yeni dərman istifadəyə təqdim olunub. Təsir edici maddəsi Vareniklin (champix) olan bu dərmanlar beyindəki nikotin reseptorlarına bağlanaraq siqaret istəyini 40% azaldır. Siqaret çəkənlərə bu dərman verildikdə çəkilən siqaretdən həzz alınmamağa başlanır, müəyyən müddətdən sonra siqaret istəyi azalır. Vareniklin istifadəsinin 2-ci həftəsində bir gün səçilərək siqareti tamamən kəsmək qərarı verilir. Dərman istifadəsi isə siqaret kəsildikdən sonra 3 ay daha davam etdirilir – deyə Azər bağırov qeyd edib.

Aqil Qarayev